Süni intellektdə yeni dövr: Öncül olmaq yoxsa düzgün strategiya?
"Boston Consulting Group"un (BCG) “The Second Mover Advantage: Why Now Is the Time to Invest in AI” başlıqlı hesabatı süni intellekt yarışında ilk addımı atanlar arasında yer almayan şirkətlərin də düzgün strategiya ilə mühüm qazanc əldə edə biləcəyini ortaya qoyub.
Marklife.az "Marketing Türkiye" nəşrinə istinadla xəbər verir ki, 12 Avropa ölkəsindən 555 ali səviyyəli rəhbərin iştirakı ilə həyata keçirilən araşdırma və “Boston Consulting Group” şirkətinin qlobal süni intellekt tədqiqatları əsasında hazırlanan hesabat şirkətlərin öncüllərin təcrübələrindən yararlanaraq sərmayələrini daha aşağı xərclərlə və daha dəqiq prioritetlərlə reallaşdıra biləcəyi fikrinə əsaslanır.
Qeyd edək ki, bu üstünlükdən faydalanmaq təkcə texnologiyadan istifadə etməyə başlamaqla məhdudlaşmır; süni intellektin iş proseslərinə necə inteqrasiya olunduğu və hansı iqtisadi nəticələr üretdiyi həlledici rol oynayır.
Mənbə: Marketing Türkiye
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


