Canva ilk vizual AI modelini təqdim edib
Məşhur dizayn platforması “Canva” süni intellekt sahəsində mühüm addım ataraq “Canva Craft” adlı ilk daxili vizual generasiya modelini istifadəyə verib.
“Marklife.az” “Marketing Türkiye” nəşrinə istinadla xəbər verir ki, iki mərhələdə fəaliyyət göstərən “Canva Craft” modeli istifadəçi sorğularını təhlil edərək əvvəlcə kompozisiya, miqyas və mətn yerləşimi planını qurur, daha sonra isə bunu 2K imkanlı yüksək keyfiyyətli vizuala çevirir.
Model adət olunmuş fotoşəkillər əvəzinə, platformadakı insan dizaynı olan şablonlar, posterlər, infoqrafikalar və tipoqrafik nümunələr üzərində təlimatlandırılıb. Bu yanaşma görsellərdəki yazıların dəqiqliyini və oxunulmasını maksimuma çatdırır.
Artıq platformadakı “Dream Lab” bölməsindən istifadəyə verilən modelin yaxın gələcəkdə API vasitəsilə tərtibatçılara, eləcə də “ChatGPT” və “Gemini” kimi çatbotlara inteqrasiyası planlaşdırılır. Şirkət, həmçinin modelin daha sürətli və azməsrafli “Craftfast” və “Craft-ultrafast” versiyaları üzərində də işləyir.
Mənbə: Marketing Türkiye
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


