TEXNOLOGİYA XƏBƏRLƏRİ

PHP-də həyəcan təbili: Milyonlarla sayt kiberhücum riski ilə üz-üzə qaldı

N Nəzrin Salmanova 2 dəq oxuma
PHP
Foto: Marklife

Dünyada milyonlarla veb-saytın fəaliyyətini təmin edən PHP proqramlaşdırma dilində iki kritik təhlükəsizlik boşluğu aşkarlanıb. Problemlə bağlı təhlükəsizlik yeniləmələri yayımlanıb, yeniləmələri vaxtında tətbiq edə bilməyən təşkilatlara isə riskli sistemləri müvəqqəti olaraq internetdən ayırmaq tövsiyə edilib.

“Marklife.az” xəbər verir ki, boşluqlar süni intellekt alətlərindən istifadə edilməklə aparılan təhlükəsizlik araşdırmaları zamanı müəyyən edilib. Araşdırmada “OpenAI”ın “Patch the Planet” təşəbbüsü çərçivəsində çalışan mütəxəssislərin, “PHP Foundation” nümayəndələrinin və “Wiz” şirkətinin tədqiqatçılarının iştirak etdiyi bildirilir.

Məlumata görə, təhlükəsizlik problemi bir sıra dövlət qurumlarının və böyük internet platformalarının fəaliyyətinə təsir göstərib. Finlandiyada bəzi dövlət xidmətləri müvəqqəti dayandırılıb, Niderland və Böyük Britaniyada isə müxtəlif dövlət qurumlarının və media platformalarının saytlarında əlçatanlıq problemləri qeydə alınıb. “Wikimedia Foundation” da təhlükəsizlik tədbirləri çərçivəsində bəzi sistemlərini müvəqqəti deaktiv etdiyini bildirib.

“Wiz” şirkətinin qiymətləndirməsinə əsasən, PHP-dən geniş istifadə olunması səbəbindən boşluqlar internet saytlarının böyük bir hissəsi üçün potensial risk yarada bilər. Zəifliklərdən uğurla istifadə edildiyi halda hücumçuların serverlərdə zərərli kod işlətməsi və həssas məlumatlara çıxış əldə etməsi mümkün ola bilər.

Qeyd edək ki, PHP əsasında işləyən “WordPress”, “Drupal”, “Joomla” və “Magento” kimi platformalardan istifadə edən təşkilatlara sistemlərinin versiyalarını yoxlamaq və mövcud təhlükəsizlik yeniləmələrini quraşdırmaq tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, yeniləmələrin vaxtında tətbiqi və köhnəlmiş proqram təminatının dəstəklənən versiyalarla əvəzlənməsi mümkün kiberhücum risklərinin azaldılmasında mühüm rol oynayır.

Mənbə: Xarici mətbuat

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.