Google süni intellektdən imtina edən məktəblərin axtarış xidmətini məhdudlaşdıra bilər
“Google”un süni intellekt funksiyalarını söndürən məktəblər axtarış xidmətindən də istifadə edə bilməyə bilər.
Marklife.az xarici mediaya istinadən xəbər verir ki, süni intellekt imkanlarını axtarış sisteminə geniş şəkildə inteqrasiya edən şirkət bu funksiyaları məktəblərdə standart olaraq deaktiv edir. Məktəb rəhbərliyi həmin alətləri aktivləşdirmədikdə, axtarış xidmətinə çıxışın da məhdudlaşa biləcəyi bildirilir.
Cənubi Kaliforniya Universitetinin professoru Morgan Polikoff hesab edir ki, bu yanaşma məktəbləri süni intellektdən istifadəyə razı olmaq və ya “Google” axtarışından imtina etmək arasında seçim etməyə vadar edə bilər.
ABŞ Federal Ticarət Komissiyasının keçmiş sədri Lina Xan isə şirkətin bu addımını onunla eyni mövqedə olmayan təşkilatlara təzyiq kimi qiymətləndirib.
Mənbə: Adexchanger
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


