MÜSAHİBƏLƏR

Əli İsmayıl: "Insyde” platforması ilə networking-i daha effektiv etdik

N Nəzrin Salmanova 2 dəq oxuma
Insyde
Foto: Marklife

Texnologiyanın gündəlik həyatımıza inteqrasiyası sürətlə artdığı bir dövrdə, tanışlıqların və işgüzar əlaqələrin daha sürətli və effektiv şəkildə qurulması ehtiyacı ön plana çıxır. Müasir dövrdə sadəcə vizit kartı və ya sosial şəbəkə linkləri paylaşmaq kifayət etmir; insanlar daha rahat, daha çevik və analitik imkanlara malik həll yolları axtarırlar.

Bu barədə yerli "Insyde" platformasının İT layihə rəhbəri və koordinatoru Əli İsmayıl “Marklife.az”a açıqlama verib:

“Uzun müddətdir İT sferasında çalışıram və portfolyomda 40-dan çox hazır veb-sayt var. Lakin bu veb-saytları insanlara təqdim etmək və məlumat paylaşmaq müəyyən çətinliklər yaradırdı. İnsanlarla tanış olarkən standart salamlaşma və klişe mesajlardan sonra məlumatların ötürülməsi mərhələsinə gəldikdə, hər dəfə Instagram, Facebook və ya veb-sayt linklərini tək-tək göndərmək böyük vaxt itkisinə səbəb olurdu. Bu vaxt itkisinin qarşısını almaq üçün sırf öz veb-saytımı təqdim etmək məqsədilə NFC texnologiyasını dəstəkləyən xüsusi bir kart hazırladım. Çoxluqla tanışlıq zamanı insanların bu həllə reaksiyası çox müsbət oldu və bir çoxu özləri üçün də belə bir vasitə istədiklərini bildirdilər. Gələn rəylər (feedback) əsasında düşündüm ki, bu ideyanı niyə daha geniş miqyaslı bir layihəyə çevirməyim, analitika imkanları əlavə etməyim və yalnız tək bir veb-saytla məhdudlaşdırmayıb imkanları artırmayım? Bu fikir əsasında “Insyde” layihəsi ərsəyə gəldi”.

Onun sözlərinə görə platforma 120-dən çox müxtəlif resursu və sosial şəbəkəni dəstəkləyir:

“İstifadəçilər öz məlumatlarını qarşı tərəfə saniyələr ərzində təqdim edə bilirlər. Platforma həmçinin ətraflı analitika sistemi təqdim edir; gün, həftə və ay ərzində neçə nəfərin əlaqə saxladığını və hansı kanaldan (NFC kartı, QR kod, Instagram, Facebook və ya veb-sayt) keçid etdiyini izləmək mümkündür. İddia olunan 15 fərqli məhsuldan 6-sı rəqəmsal məhsuldur. İstifadəçilər istənilən sayda məhsul əldə edərək onları tək bir profilə bağlaya bilərlər. Bundan əlavə, istənilən bir fiziki məhsul əldə edildikdə 6 rəqəmsal məhsul istifadəçiyə hədiyyə olunur”.

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.