Araşdırma: Süni intellekt məşğulluğu artırır
“Pew Research Center” təşkilatının ABŞ-nin əmək bazarı göstəriciləri əsasında apardığı son araşdırma generasiyalı süni intellektin təsirinə daha çox məruz qalan peşə sahələrində məşğulluğun geriləmədiyini, əksinə artdığını ortaya qoyub.
“Marklife.az” “Marketing Türkiye” nəşrinə istinadla xəbər verir ki, ABŞ Əmək Nazirliyinin və Əhali Araşdırmaları Bürosunun məlumatları əsasında 480 peşə sahəsi təhlil edilib. Tədqiqat süni intellektin insan resurslarını əvəz etmədiyini,əksinə, əmək məhsuldarlığını və məşğulluğu dəstəklədiyini göstərir.
2023-cü ilin yanvarı – 2026-cı ilin iyunu dövrünün pandemiyadan əvvəlki göstəricilərlə (2017–2019) müqayisə olunduğu araşdırmada önə çıxan əsas məqamlar aşağıdakılardır:
- Məşğulluqda artım: Süni intellektə məruz qalma indeksindəki hər 1 ballıq artım kişi məşğulluğunda 6,3 faizlik artımla nəticələnib. Texnologiyadan ən çox təsirlənən sahələrdə kişi məşğulluğu, bu təsirdən ən az pay alan sahələrlə müqayisədə 24 faiz daha çox artıb.
- Qadın məşğulluğundakı sabit dinamika: Qadın məşğulluğundakı artım peşələrin süni intellektə məruz qalma səviyyəsindən asılı olmayaraq balansı qoruyub.
- Köməkçi vasitə: Generasiyalı süni intellekt insanları işindən eləmir, sadəcə təkrarlanan işləri özü edərək onların daha sürətli və məhsuldar işləməsinə kömək edir.
Araşdırmanın nəticələri süni intellekt transformasiyasının işçi qüvvəsini azaltmaq əvəzinə, yeni ixtisas sahələri və əmək həcmi yaratdığını nümayiş etdirir.
Mənbə: Marketing Türkiye
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


