“TikTok” Hollivud üslubunda mikroseriallar hazırlayacaq
“TikTok” və “MADE BY US STUDIOS” şirkətləri “PineDrama” platforması üçün yeni mikroseriallar hazırlamaq məqsədilə strateji əməkdaşlıq elan edib. Layihələrdə kontent yaradıcıları, aktyorlar və peşəkar prodüserlər iştirak edəcəklər.
“TikTok”un Əyləncə və Mikroseriallar üzrə qlobal rəhbəri Don Yanq bildirib ki, əməkdaşlığın məqsədi kontent yaradıcılarını təcrübəli prodüserlər və kino sənayesi nümayəndələri ilə bir araya gətirərək qısa video formatına uyğun keyfiyyətli hekayələr hazırlamaqdır.
Qeyd edək ki, “TikTok” bu ilin əvvəlində “HOORAE” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Screen Time” mikroserialını təqdim edib. Apreldə yayımlanmağa başlayan layihə dünya üzrə təxminən 580 milyon baxış toplayaraq “TikTok” və “PineDrama” platformalarında ən çox izlənən serial olub.
Mənbə: Tiktok newsroom
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


