MARKETİNQ XƏBƏRLƏRİ

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Marklife Redaksiyası 1 dəq oxuma
“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaratdığı elektron qeydiyyat sistemi vasitəsilə daha iki xarici rəqəmsal xidmət şirkəti vergi uçotuna alınıb.

Marklife.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bunlar İsveçin “Spotify AB” və Sinqapurun “TikTok Pte. Ltd.” şirkətləridir. Hər iki şirkətin ƏDV üzrə qeydiyyatı bu gündən qüvvəyə minib.

Qeydiyyata alınan xarici şirkətlərin göstərdiyi rəqəmsal xidmətlərə görə ödənilən ƏDV banklar tərəfindən tutulmayacaq. ƏDV-ni şirkətlərin özləri hesablayacaq, bəyan edəcək və dövlət büdcəsinə ödəyəcək. Qurum bildirib ki, xarici rəqəmsal xidmət şirkətlərinin elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqinə hazırlığın bir hissəsidir.

Qeyd edək ki, vergi uçotuna alınmış xarici rəqəmsal xidmət şirkətlərinin siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.