“TikTok” süni intellekt əsaslı yeni reklam alətlərini təqdim edib
“TikTok” reklam və e-ticarət imkanlarını genişləndirərək süni intellekt əsaslı yeni alətlərini təqdim edib.
Marklife.az xəbər verir ki, yeniliklər arasında AI ilə işləyən alış-veriş köməkçisi, potensial müştərilərin avtomatik cəlb olunması üçün “Agentic Leads”, “TikTok Ads Network” və yenilənmiş “Smart+” reklam kampaniyaları yer alır.
Şirkətin məlumatına görə, yeni alış-veriş köməkçisi istifadəçilərin sorğularını təhlil edərək fərdi məhsul tövsiyələri verəcək. Sistem məhsulun ölçüsü, mövcudluğu və digər məlumatları da real vaxt rejimində təqdim edə biləcək.
Bildirək ki, “TikTok” reklam kampaniyalarının süni intellekt vasitəsilə avtomatlaşdırılması üçün mövcud alətlərini də yeniləyib.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


