MARKETİNQ XƏBƏRLƏRİ

LinkedIn B2B reklamlarının ölçülməsi üzrə yeni bələdçi yayımlayıb

N Nəzrin Salmanova 1 dəq oxuma
LinkedIn
Foto: Marklife

LinkedIn B2B marketinq mütəxəssisləri üçün reklam fəaliyyətinin nəticələrinin ölçülməsinə dair yeni bələdçi yayımlayıb.

Marklife.az xəbər verir ki, 18 səhifədən ibarət materialda B2B alıcılarının qərarvermə prosesinə təsir edən amillərin müəyyənləşdirilməsi, reklam fəaliyyətinin nəticələrinin izlənilməsi və marketinq investisiyalarının effektivliyinin qiymətləndirilməsi ilə bağlı tövsiyələr yer alıb.

Şirkətin açıqladığı statistikaya əsasən, B2B marketinq mütəxəssislərinin 33 faizi marketinq fəaliyyətlərinin təsirini şirkət rəhbərliyinə sübut edə bildiklərini qətiyyətlə bildirir. Respondentlərin 75 faizi isə mövcud ölçmə sistemlərinin yetərli olmadığını qeyd edir.

Bələdçidə reklam fəaliyyətinin nəticələrini daha dəqiq qiymətləndirmək üçün beş çərçivə təqdim olunub. Materialda, həmçinin, satış hunisinin bütün mərhələləri üzrə məlumatların izlənilməsi və marketinq fəaliyyətinin biznes nəticələri ilə əlaqələndirilməsi məsələləri əhatə edilib.

Mənbə: LinkedIn

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.