MARKETİNQ XƏBƏRLƏRİ

“Coca-Cola” media tərəfdaşları bəlli oldu

N Nəzrin Salmanova 1 dəq oxuma
Coca-Cola
Foto: Marklife

İki ayrı tenderdən və həftələrlə sürən müzakirələrdən sonra “Coca-Cola” media tərəfdaşlarını seçib. Qlobal media işləri “WPP”yə, Şimali Amerika üzrə işlər isə “Omnicom”a həvalə olunub.

Marklife.az “Adweek”ə istinadla xəbər verir ki, bu, 2020-ci ildə “Coca-Cola”nın 4 milyard dollarlıq marketinq işlərini qazanmış “WPP” üçün böyük uğurdur.

Şirkət media ilə yanaşı, kreativ və istehsal biznesini, həmçinin kreator marketinqini də öz nəzarətində saxlamağa davam edir.

Məsələ ilə bağlı bəyanat verən “WPP”nin icraçı direktoru Sindi Rouz bu strateji tərəfdaşlığı daha da inkişaf etdirdikləri üçün qürur hissi keçirdiyini bildirib:

“Bizim əsas diqqətimiz bu etimadı hər gün qazanmağa yönəlib. “WPP Media”nın miqyasını “Open Intelligence” ilə birləşdirərək məlumatlara insani ölçü gətiririk. Bununla da tərəfdaşlarımız istehlakçılarının sadəcə kim olduğunu deyil, onları nəyin hərəkətə keçirdiyini də tam anlayırlar”, – deyə S.Rouz vurğulayıb.

Mənbə: Adweek

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.