MARKETİNQ XƏBƏRLƏRİ

Türkiyədə onlayn mağaza aldadıcı reklama görə cərimələnib

N Nəzrin Salmanova 1 dəq oxuma
endirim
Foto: Marklife

Türkiyə Ticarət Nazirliyi istehlakçıları əslində mövcud olmayan qiymət üstünlükləri ilə aldatdığı müəyyən edilən elektron ticarət şirkətini 1 milyon 83 min 706 türk lirəsi məbləğində cərimələyib. 

Marklife.az “Marketing Türkiye” nəşrinə istinadən xəbər verir ki, nazirliyin Reklam Şurası “Son 14 günün ən aşağı qiyməti” və “Səbətdə 80 faiz endirim” ifadələri ilə təqdim olunan məhsullarla bağlı araşdırma aparıb.

Yoxlama zamanı məhsulların endirimdən əvvəl göstərilən yüksək qiymətlərlə faktiki olaraq satışa çıxarılmadığı müəyyən edilib. Endirimli kimi təqdim olunan qiymətlərin isə kampaniyadan əvvəl də davamlı tətbiq olunduğu aşkarlanıb.
Reklam Şurası bu halların istehlakçılarda real olmayan endirim və qiymət üstünlüyü təsəvvürü yaratdığı qənaətinə gəlib. Həmçinin şirkətin aldadıcı reklamlarının dayandırılması barədə qərar verilib.

Mənbə: Marketinq Türkiyə

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.