MARKETİNQ XƏBƏRLƏRİ

İnfluenser marketinqində kampaniyaların ölçülməsi çətinləşir

N Nəzrin Salmanova 1 dəq oxuma
influnser marketinq
Foto: Marklife

İnfluenser marketinqi brendlərin strategiyalarında daha böyük yer tutduqca, kampaniyaların effektivliyini ölçmək də çətinləşir.

Marklife.az "Marketing Türkiye" nəşrinə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Reklamçılar Assosiasiyası məlumat verib.

"Sosial media platformalarının əhatə dairəsi, baxış və qarşılıqlı əlaqə göstəricilərini fərqli üsullarla hesablaması kampaniya nəticələrini müqayisə etməyə mane olur. Brendlər bu problemi aradan qaldırmaq üçün kontent yaradıcılarının paylaşımlarını ödənişli reklamlarla dəstəkləyir və nəticələri daha ətraflı təhlil etməyə çalışırlar. Brend tanıtımı kampaniyalarında büdcənin 30 faizinin ödənişli mediaya, 70 faizinin isə orjinal kontentə ayrılmasını tövsiyə edirik. Konversiya məqsədli kampaniyalarda isə ödənişli medianın payının 70 faiz, orqanik kontentin payının 30 faiz olması məsləhət görülür. Assosiasiya bu nisbətlərin kampaniyanın məqsədlərinə uyğun müəyyənləşdirilməli olduğunu bildirir" , - deyə məlumatda qeyd olunur.

Mənbə: Marketinq Türkiyə

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.