İşçilərin 65,8 faizi özü ilə münasibətdə çətinlik yaşayır
Fərdiləşdirilmiş rəqəmsal profilaktik sağlamlıq tətbiqi “Heltia”nın məlumatlarına görə, işçilərin ən çox çətinlik çəkdiyi sahə özləri ilə münasibətdir.
Marklife.az xəbər verir ki, işçilərin 65,8 faizi özləri ilə münasibətdə çətinlik yaşadığını bildirir. 18–24 yaş qrupunda bu göstərici 72,2 faizə çatır.
Çətinliklərin xarakteri yaşa və həyat şəraitinə görə dəyişir. Gənc işçilər sosial münasibətlər və təhsildə, 25–34 yaş qrupunda olanlar karyerada, övladı olan işçilər isə ailə münasibətləri və valideynlikdə daha çox çətinlik yaşayırlar. Qadınlar bütün sahələrdə kişilərlə müqayisədə daha çox çətinliklə üzləşdiklərini bildirirlər.
Məlumatlara əsasən, özləri ilə münasibət bütün yaş qruplarında işçilərin ən çox çətinlik çəkdiyi sahədir. İşçilərin mental rifahına iş məsuliyyətləri ilə yanaşı, ailə həyatı, sosial çevrə və valideynlik öhdəlikləri də təsir göstərir.
Mənbə: Marketinq Türkiyə
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


