TEXNOLOGİYA XƏBƏRLƏRİ

iPhone Duo ekran problemi ilə üzləşib

N Nəzrin Salmanova 1 dəq oxuma
iPhone Duo
Foto: Marklife

“Apple” şirkətinin ilk qatlanan telefonu “iPhone Duo” satışa çıxarıldıqdan bir neçə gün sonra ekran problemləri ilə gündəmə gəlib. Şirkət az sayda cihazın daxili ekranında nasazlıq yarandığını təsdiqləyib və problem yaşayan istifadəçilərə cihazın dəyişdirilməsi üçün müraciət etməyi tövsiyə edib.

Marklife.az " Marketing Türkiye" nəşrinə istinadla xəbər verir ki, istifadəçilərin sosial şəbəkələrdə paylaşdığı görüntülərdə bəzi telefonların daxili ekranında xətlərin yarandığı, çatların isə qatlanma xətti boyunca yayıldığı görünür. Bəzi istifadəçilər cihazı açarkən xırıltıya bənzər səs eşitdiklərini də bildiriblər.

Qeyd edək ki, “Apple” nasazlığın az sayda cihazda qeydə alındığını deyib, lakin onun səbəbi və təsir etdiyi telefonların sayı barədə ətraflı məlumat verməyib. Problemin istehsal qüsuru ilə bağlı olub-olmadığı hələlik məlum deyil.

Mənbə: Marketing Türkiye

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.