McDonald’s-dan Helloin Sürprizi: Soslar Makiyaj Paletində
“McDonald’s” şirkəti Helloin (Cadılar Bayramı) münasibətilə qeyri-adi bir layihə təqdim edib. Şirkət “Leo UK” agentliyi ilə işbirliyi çərçivəsində altı məşhur sosundan ilhamlanan “Spooky Sauces” adlı xüsusi üz boyası paletlərini nümayiş etdirib.
Marklife.az “Marketing Türkiyə”yə istinadla xəbər verir ki, istehlakçıların gündəlik vərdişlərindən ilhamlanan brend ikonik soslarını makiyaj məhsullarına uyğunlaşdırıb.
Kolleksiyaya kartof fri formasında fırçalar, “Chicken McNuggets” formasında makiyaj süngəri və ayna daxildir. Ketçup, karri, barbekü və sarımsaq mayonezi kimi sevilən dadların rəngləri Hellouinmövzusuna uyğun adlarla təqdim olunub.
“Leo UK” agentliyinin kreativ direktoru Ben Huper bildirib ki, layihənin ideyası kartof fri və ya naqqets yeyərkən sosun təsadüfən üzə bulaşması anlarından yaranıb: “Bu dəfə həmin təcrübəni əyləncəli bir Hallowin obrazına çevirmək istədik”.
“McDonald’s”ın marketinq meneceri Ana Saffer isə brendin sevilən soslarının ilk dəfə bu cür fərqli prizmadan təqdim olunduğunu vurğulayıb.
Kampaniyanın təqdimatı “TikTok” və “Instagram” platformalarında nümayiş olunan xüsusi video çarxla həyata keçirilib. Məxmər fon üzərində məhsulların toxumasını ön plana çıxaran ASMR üslublu səs effektləri auditoriyanın diqqətini cəlb edib. Şirkət sosial şəbəkədə təşkil olunan müsabiqə vasitəsilə izləyicilərə 100 ədəd eksklüziv dəst qazanmaq imkanı yaradıb.
Böyük Britaniyadakı rəqəmsal kontent yaradıcıları oktyabrın 31-dək brendin menyusu və atributlarından ilhamlanaraq müxtəlif Hellouin makiyajları hazırlayacaq və izləyiciləri öz obrazlarını yaratmağa həvəsləndirəcəklər.
Mənbə: Marketing Türkiye
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


