MARKETİNQ XƏBƏRLƏRİ

Hacı Quliyev: Liderlərin öncədən psixoloji hazırlığı olmalıdır

N Nəzrin Salmanova 1 dəq oxuma
Forum
Foto: Marklife

Hər hansı bir işə başlayan gənc liderə çevrilir. Liderlər öz arxasınca kütlə aparır və üzərlərinə çox böyük məsuliyyət düşür. Düşünürəm ki, bütün liderlərin öncədən psixoloji hazırlığı olmalıdır.

“Marklife.az”ın tədbirdəki müxbiri xəbər verir ki, bu sözləri “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri, sahibkar Hacı Quliyev “Mikrosahibkarların Forumu 2026” tədbirindəki çıxışında deyib.

Təşkilat rəhbəri gənc liderlərin biznes yolunda qarşılaşdıqları psixoloji maneələrə və daxili hazırlığın vacibliyinə toxunub. Hacı Quliyev vurğulayıb ki, insanları öz arxasınca aparan şəxs həm öz komandası, həm də cəmiyyətlə dil tapmağı bacarmalıdır. O əlavə edib ki, müasir iş dünyasında uğur qazanmaq üçün insan ilk növbədə özünə investisiya qoymalı, daxili “həlm” (özünüdərk və təmkin) bacarıqlarını inkişaf etdirməli və biznes təfəkkürünü formalaşdırmalıdır.


Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.