“Amy’s Kitchen” mübahisəli mövzunu reklam fürsətinə çevirdi
ABŞ-nin qida istehsalçısı “Amy’s Kitchen” ultra-emal olunmuş qidalarla bağlı yanlış təsəvvürləri aradan qaldırmaq üçün ABŞ-də marketinq kampaniyasına başlayıb.
MarkLife.az “Food Dive” nəşrinə istinadən xəbər verir ki, kampaniya çərçivəsində şirkət məhsullarının təxminən 90 faizinin “Non-UPF Verified” sertifikatına malik olduğunu vurğulayır. Layihə rəqəmsal reklamları və “Whole Foods Market” mağazalarında tanıtım fəaliyyətlərini əhatə edir.
Kampaniyanın əsas məqsədi istehlakçıları ultra-emal olunmuş qidaların sağlamlığa və uzunmüddətli xərclərə mümkün təsirləri barədə məlumatlandırmaq, eyni zamanda “Amy’s Kitchen” məhsullarını alternativ seçim kimi təqdim etməkdir.
Mənbə: Food Dive
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


