Meta Platformalarında İstifadəçi Fəallığı Artıb
“Meta”ya məxsus sosial şəbəkələrdə istifadəçilərin platformalarda keçirdiyi vaxt artıb.
Marklife.az “Social Media Today” nəşrinə istinadla xəbər verir ki, bu barədə Şirkətin maliyyə direktoru Susan Li məlumat verib.
Onun sözlərinə görə, “Instagram”ın tövsiyə sistemindəki yeniliklər “Reels” videolarına baxış vaxtını 4%-dən çox artırıb. Tövsiyə olunan videoların təxminən 45%-i son 24 saat ərzində paylaşılan məzmunlardan ibarətdir.“Facebook”da da “Reels”ə baxış vaxtı rekord həddə çatıb. “Threads” istifadəçiləri isə platformada əvvəlki illə müqayisədə 20%-dən çox vaxt keçirirlər. Şəbəkənin aylıq istifadəçi sayı 500 milyonu ötüb.
Qeyd edək ki, “Meta”nın “Creator Marketing Hub” platforması brendlərə kampaniyalar üçün 10 milyondan çox yaradıcı ilə əməkdaşlıq imkanı yaradır. Şirkətin yeni köməkçisi isə reklamverənlərə uyğun yaradıcıları tapmaq və kampaniyaları idarə etməkdə dəstək verəcək.
Mənbə: Social Media Today
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


