Sprite yeni kampaniyasında iki NBA ulduzunu bir araya gətirdi
Sprite “Never Stop Refreshing the Game” adlı yeni qlobal brend platformasını təqdim edib.
Marklife.az xarici mətbuata istinadla xəbər verir ki, kampaniya çərçivəsində üçqat NBA MVP-si Nikola Yokiç brendin idmançı heyətinə qoşulub. O, kampaniyada NBA ulduzu Entoni Edvardsla birlikdə yer alacaq.
Qeyd edək ki, brend NBA ilə ilk dəfə 1986-cı ildə əməkdaşlığa başlayıb. Yeni qlobal kampaniya Şimali Amerika, Avropa, Latın Amerikası, Asiya-Sakit okean regionu, Afrika, Avrasiya, Yaxın Şərq, Hindistan və Cənub-Qərbi Asiyanı əhatə edəcək.
Nikola Yokiç və Entoni Edvardsın iştirak etdiyi qlobal reklam çarxlarının da yaxın aylarda yayımlanması gözlənilir.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


