MARKETİNQ XƏBƏRLƏRİ

“Netflix” 2026-cı il üzrə reklam gəliri proqnozunu 10% azaldıb

N Nəzrin Salmanova 1 dəq oxuma
Netflizx
Foto: Marklife

“Netflix”in 2026-cı ilin üçüncü rübündə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 12,9 milyard dollara çatıb. Bununla belə, şirkət reklam gəlirləri üzrə illik proqnozunu 3 milyard dollardan 2,7 milyard dollara endirib.

Marklife.az “Marketing Dive” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Netflix”in həmsədri Qreq Peters şirkətin maliyyə nəticələrinə dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, reklam biznesi bu il 80%-dən çox böyüsə də, şirkət qarşıya qoyduğu iddialı hədəflərdən geri qalır. Peters reklam məhsullarının təkmilləşdirilməsinin, auditoriyanın daha dəqiq hədəflənməsinin və reklam kampaniyalarının effektivliyinin ölçülməsi imkanlarının genişləndirilməsinin prioritet olaraq qaldığını vurğulayıb.

“Netflix” reklam dəstəkli abunə planını 2027-ci ilin martından etibarən daha 15 ölkədə istifadəyə verməyi planlaşdırır. Yeni bazarlar arasında Avstriya, Belçika, Kolumbiya, Danimarka, İrlandiya, Niderland, Norveç, Peru, Polşa, İsveç və İsveçrə də yer alır.

Qeyd edək ki, “Netflix” 2026-cı il üzrə gəlir proqnozunu 51,1 milyard dollar səviyyəsində müəyyənləşdirib. Bu, illik müqayisədə 13% artım deməkdir. Şirkət reklam biznesinin inkişafını sürətləndirməyi və reklamverənlər üçün daha effektiv ölçmə imkanları yaratmağı hədəfləyir.

Mənbə: Marketing Dive

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.