MARKETİNQ XƏBƏRLƏRİ

Səkinə Babayeva: İlham Əliyevin sahibkar dövlətin strateji tərəfdaşıdır sözü bizi alverçilikdən iqtisadi meyarların düzgün ölçülməsinə gətirdi

N Nəzrin Salmanova 1 dəq oxuma
Səkinə Babayeva
Foto: Marklife

Cənab Prezident İlham Əliyevin sahibkar dövlətin strateji tərəfdaşıdır sözü bizi alverçilikdən iqtisadi meyarların düzgün ölçülməsinə gətirən bir mesaj oldu.

“Marklife.az”ın tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bu sözləri Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva “Mikrosahibkarların Forumu 2026” tədbirindəki çıxışında deyib.

Təşkilat sədri 2016-cı ildə ölkə başçısının tövsiyəsi ilə yaradılan AQSİA-nın ölkədə qadın sahibkarlığı mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını bildirib.

Səkinə Babayeva yerli məhsulların satışı və xarici bazarlara çıxış məsələsindəki problemlərə də toxunub. O vurğulayıb ki, nə qədər güclü brend yaradılsa da, məhsul satılmırsa və yalnız xaricdən alırıqsa, bu bizim gücümüzü göstərmir. AQSİA sədri gənclərin startap layihələrində öncə iqtisadi meyarların əsas götürülməsinin, dünyada analoqu olan “Wildberries” kimi e-ticarət platformalarının təcrübəsindən yararlanaraq yerli məhsulların xaricə satılmasının və Türk Dövlətləri Birliyi kimi beynəlxalq platformalarda milli brendlərimizin cəsarətlə təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb.



Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.