MARKETİNQ XƏBƏRLƏRİ

“Domino’s” “Minecraft Dungeons II” ilə əməkdaşlığa başlayıb

N Nəzrin Salmanova 1 dəq oxuma
Dominos
Foto: Marklife

“Domino’s” videooyun həvəskarlarını hədəfləyən yeni marketinq kampaniyası çərçivəsində “Minecraft Dungeons II” ilə əməkdaşlığa başlayıb.

MarkLife.az “Marketing Dive” nəşrinə istinadla xəbər verir ki xəbər verir ki, kampaniya çərçivəsində “Domino’s Rewards” proqramının üzvləri onlayn pizza sifariş edərək oyunda istifadə edə biləcəkləri xüsusi əşyalar qazana bilərlər. Bu əşyalara oyunçu personajı üçün geyim, plaş və digər eksklüziv oyun elementləri daxildir.

Oktyabrın 26-dan noyabrın 4-dək hər gün 2 000 oyun kodunun hədiyyə edilməsi də planlaşdırılır. Bunun üçün müştərilər pizza almalı və alışlarını xüsusi internet səhifəsində təsdiqləməlidirlər.

Kampaniyaya oyun personajlarının təsvir olunduğu altı fərqli pizza qutusu da daxildir. Bundan əlavə, şirkətin sifarişləri izləmək üçün istifadə etdiyi “Domino’s Tracker” sistemi oyun mövzusuna uyğun dizaynla yenilənəcək.

Qeyd edək ki, layihənin 19 ölkədə həyata keçirilməsi nəzərdə tutulur. 

Mənbə: Marketing Dive

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.