“Mikrosahibkarların Forumu 2026” keçiriləcək
Bakıda mikrosahibkarların inkişafı, biznes imkanlarının genişləndirilməsi və sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsinə həsr olunan forum təşkil ediləcək.
Marklife.az xəbər verir ki, “Notify Group” MMC və “Azimli Company”nin təşkilatçılığı ilə oktyabrın 24-də “Mikrosahibkarların Forumu 2026” keçiriləcək.
Tədbir çərçivəsində sahibkarların üzləşdiyi aktual problemlər, biznesin hüquqi və maliyyə dayanıqlılığının təmin edilməsi, eləcə də effektiv marketinq və satış strategiyaları müzakirə olunacaq.
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəsmi tərəfdaşlığı ilə baş tutacaq forumda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların və peşəkarların iştirakı nəzərdə tutulur.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


