Instagram yeni funksiyalarını sınaqdan keçirir
"Instagram" uzun videolar üçün yeni funksiyaları sınaqdan keçirir
Instagram yaradıcılar üçün uzun videolar paylaşmağa imkan verən yeni funksiyaları sınaqdan keçirir.
Marklife.az “Social Media Today” nəşrinə istinadən xəbər verir ki, “Features” adlı format yaradıcıların 90 dəqiqəyədək video paylaşmasına imkan verəcək. Format podkast, vloq və müsahibələr kimi uzun məzmunlar üçün nəzərdə tutulub.
“Clips as Reels” funksiyası isə uzun videoya səkkizədək Reels klipi bağlamağa şərait yaradacaq. Instagram, həmçinin Reels-ləri mövzu və ya hekayə xətti üzrə birləşdirməyə imkan verən “Series” funksiyasını hazırlayır.
Yeni formatların "Instagram"da istifadəçi fəallığını artırmaq və platformanın "YouTube" və "TikTok"la rəqabət imkanlarını genişləndirmək məqsədi daşıdığı bildirilir.
Qeyd edək ki, Instagram 2018-ci ildə uzun videolar üçün "IGTV" tətbiqini istifadəyə vermiş, lakin geniş yayılmadığı üçün 2022-ci ildə bağlamışdı.
Mənbə: Social Media Today
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


