2026-cı İlin "Qadınlar üçün Ən Yaxşı İş Yerləri" Bəlli Oldu
Great Place To Work® Türkiyə "Best Workplaces for Women™ 2026" (Qadınlar üçün ən yaxşı iş yerləri ) araşdırmasının nəticələrini təqdim edib.
Marklife.az “Marketing Türkiyə”yə istinadla xəbər verir ki, araşdırmaya görə, reytinqə daxil olan şirkətlərdə qadın işçilərin 82%-i müsbət iş təcrübəsi yaşadığını bildirdiyi halda, standart şirkətlərdə bu göstərici 58%-də qalıb.
Sorğuda iştirak edən qadınların 89%-i şirkətlərində hər kəsə ədalətli davranıldığını, 71%-i isə zəhmətlərinin qiymətləndirildiyini bildirib. Standart şirkətlərlə müqayisədə etimad göstəricisində 24 bənd, ədalət hissində 23 bənd, dəyərləndirmə sahəsində isə 32 bəndlik fərq yaranıb.
Mənbə: Marketing Türkiye
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


