“THETECH 2026” zirvəsi keçiriləcək
1-2 dekabr tarixlərində “Marketing Türkiye” və “Deloitte Türkiye” əməkdaşlığı ilə Türkiyədə “THETECH 2026” zirvəsi keçiriləcək.
Marklife.az xəbər verir ki, “AI Powered Future: Call to Action” (“Süni intellektlə güclənən gələcək: aksiyaya çağırış”) şüarı ilə keçiriləcək tədbirdə texnologiyanın biznesə təsiri, süni intellektin korporativ idarəetmədə rolu və gələcək trendlər müzakirə olunacaq.
Altı səhnə və altı mövzunu əhatə edən zirvənin məqsədi nəzəri müzakirələrlə kifayətlənməyərək şirkətləri konkret addımlar atmağa təşviq etməkdir. Proqram “Deloitte”un Texnologiya Trendləri hesabatının əsas istiqamətləri üzərində qurulacaq.
Tədbirdə bugünkü texnoloji həllərlə yanaşı, 2027-ci il üçün proqnozlar və gələcək strategiyalar da təqdim olunacaq.
Qeyd edək ki, “THETECH” bu il ikinci dəfə təşkil edilir.
Mənbə: Marketinq Türkiyə
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


