TEXNOLOGİYA XƏBƏRLƏRİ

“Binance” kiberhücumdan zərər çəkən istifadəçilərə kompensasiya ödəyəcək

N Nəzrin Salmanova 2 dəq oxuma
“Binance” kiberhücumdan zərər çəkən istifadəçilərə kompensasiya ödəyəcək
Foto: Marklife

Kriptovalyuta birjası “Binance” oktyabrın 29-da baş verən kiberhücumla bağlı ilkin hesabatını açıqlayıb.
Marklife.az Marketing Türkiye nəşrinə istinadla xəbər verir ki, “Binance”in məlumatına görə, hadisə nəticəsində təxminən 6,34 milyard dollar dəyərində rəqəmsal aktiv təsirlənib, 2,85 milyard dollar dəyərində aktiv isə dondurulub. Şirkət istifadəçilərin maliyyə zərərinin tam ödəniləcəyini bildirib.

Hesabatda qeyd olunur ki, noyabrın 3-dək hadisədən təsirlənən token aktivlərinin 98 faizi bərpa edilib. Tamamlanmış ödənişləri “Binance”in Ehtiyatların Sübutu (Proof of Reserves) səhifəsindən yoxlamaq mümkündür.

Şirkətin ilkin araşdırmasına əsasən, hücumçular bir neçə üsuldan istifadə ediblər. Bunlara saxta iş müsahibələri, zərərli proqram təminatının yüklədilməsi, şirkətdaxili süni intellekt alətlərinin ələ keçirilməsi və əməkdaşların cihazlarına icazəsiz giriş daxildir.
Hücuma hazırlığın 2026-cı ilin iyununda başladığı bildirilir. İyunda əməkdaşlardan biri süni intellektlə kodlaşdırma alətini quraşdırmaq üçün dəyişdirilmiş Homebrew faylını yükləyib. Sentyabrda isə başqa bir əməkdaşa saxta işə qəbul prosesi vasitəsilə zərərli kod daşıyan proqram deposu yüklədilib. Hücumçuların oktyabrda ələ keçirilmiş cihaz və giriş məlumatlarından istifadə edərək şirkətin pul kisəsi infrastrukturuna daxil olduğu ehtimal edilir.
Oktyabrın 29-da hücumçular şirkətdaxili pul kisəsi imzalama xidmətinə icazəsiz giriş əldə edərək adi vəsaitçıxarma prosedurlarından kənar əməliyyatlar aparıblar. XRP, Solana, Optimism, Bitcoin və Ethereum şəbəkələrindəki pul kisələrindən hücumçuların nəzarətində olan ünvanlara vəsait köçürülüb.
Hesabatda ABŞ Federal Təhqiqat Bürosunun (FBI) məlumatlarına istinadən hücumun Koreya Xalq Demokratik Respublikası ilə əlaqəli olduğuna dair qiymətləndirmə də yer alıb.
“Binance” hücumdan sonra istifadə olunan giriş nöqtələrinin bağlandığını, təsirlənmiş sistemlərin yenidən qurulduğunu və ya dəyişdirildiyini açıqlayıb. Şirkət cihazlara nəzarətin və pul kisəsi xidmətlərində risk yoxlamalarının gücləndirildiyini, süni intellekt əsaslı anomaliya aşkarlama sistemlərinin əhatə dairəsinin genişləndirildiyini bildirib.
Hadisənin araşdırılması üçün müstəqil təhlükəsizlik şirkətləri ilə əməkdaşlıq davam edir. “Binance” gələcək hücumlarda istifadə oluna biləcəyi ehtimalına görə bəzi texniki detalları açıqlamayacağını qeyd edib.

Mənbə: Marketinq Türkiyə

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.