TEXNOLOGİYA XƏBƏRLƏRİ

Araşdırma: Görüntü keyfiyyəti məsafəyə bağlıdır

N Nəzrin Salmanova 1 dəq oxuma
görüntü keyfiyyəti
Foto: Marklife

Cambridge Universitetinin alimləri insan gözünün müxtəlif ekran ölçülərində görüntü detallarını necə qəbul etdiyini araşdırıblar.
Marklife.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, 50 düymlük televizora 3 metr məsafədən baxan insanların əksəriyyəti 1440p və 8K təsvir ölçüləri arasındakı fərqi seçə bilmir. Tədqiqatçıların hesablamalarına əsasən, bu şəraitdə fərqi görə bilənlərin payı təxminən 1 faizdir.

Alimlər bildirirlər ki, təsvir keyfiyyətindəki fərqin görünməsi ekranın ölçüsündən və ona baxış məsafəsindən asılıdır. Buna görə də 8K ekranın üstünlüyü hər şəraitdə nəzərə çarpmaya bilər.

Tədqiqat Nature Communications jurnalında dərc olunub.

Mənbə: Nature Comunication

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.