WPP müştərilərə agentliksiz reklam yaratmaq imkanı verir – yeni AI platforması “WPP Open Pro” təqdim olundu.

5ATQYT2KW5JJFFQNY3T2PDKQMI (1)

Dünyanın aparıcı reklam qruplarından biri olan WPP, brendlərə öz süni intellekt əsaslı marketinq platformasına çıxış imkanı yaradıb. Bu yenilik sayəsində şirkətlər artıq kampaniyalarını özləri planlaya, yarada və yayımlaya biləcəklər.

Yeni təqdim edilən platforma “WPP Open Pro”, şirkətin mövcud WPP Open sisteminin təkmilləşdirilmiş versiyasıdır. Platforma əsasən tam xidmətli reklam agentliklərindən istifadə etməyən kiçik və orta brendlər üçün nəzərdə tutulub, eyni zamanda mövcud müştərilərə daha geniş AI imkanları təqdim edir.

Brendlər üçün daha az asılılıq, daha çox nəzarət

Son illərdə brendlərin süni intellektdən istifadə edərək öz kreativ və planlaşdırma işlərini həyata keçirməsi reklam agentliklərinə ödənilən haqları azaldır. WPP bu tendensiyaya cavab olaraq müştərilərə birbaşa və inteqrasiya olunmuş AI həlləri təqdim edən ilk böyük reklam qrupu olub.

WPP-nin tərkibində Ogilvy, AKQAWPP Media kimi məşhur agentliklər fəaliyyət göstərir. Şirkət bildirir ki, “WPP Open Pro” vasitəsilə brendlər kanal-spesifik reklamları saniyələr ərzində yarada biləcəklər.

Məsələn, bir qəhvə zənciri, brend tərəfindən təsdiqlənmiş vizualları AI tərəfindən yaradılmış mətn və dizaynla birləşdirərək, yeni filialın açılışı üçün kampaniya hazırlaya bilər. Reklam ya WPP Open Media Studio vasitəsilə yayımlanacaq, ya da birbaşa sosial platformalara göndərilə bilər.

Yeni rəhbərlik və strateji dönüş

WPP bu il ciddi dəyişikliklərə gedib. Şirkət, bazar dəyərinin yarıdan çox azalması və dünyanın ən böyük reklam qrupu titulunu fransız “Publicis”ə itirməsindən sonra, yeni CEO – Cindy Rose ilə yenidənqurma prosesinə başlayıb.

Rose bildirib ki:

“Bu, marketinqin təqdimat formasını dəyişdirmək, bazarımızı genişləndirmək və brendlərə süni intellekt dövründə liderlik etmək üçün lazım olan alətləri təqdim etməkdir.”

O əlavə edib ki, yaradıcılıq və strateji düşüncə WPP-nin əsas dəyərləri olaraq qalır, lakin texnologiya artıq sənayeni köklü şəkildə dəyişdirir.

Sənaye üçün dönüş nöqtəsi

“WPP Open Pro” reklam dünyasında yeni mərhələ sayılır: brendlər artıq yalnız agentliklərə etibar etmədən, AI dəstəklı özəl sistemlərlə kampaniyalarını müstəqil şəkildə yarada bilirlər.