MARKETİNQ XƏBƏRLƏRİ

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Marklife Redaksiyası 1 dəq oxuma
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) Çinin “Silk Road Fund” (SRF) ilə Birgə İnvestisiya Fondunun yaradılmasını elan edib.

Bu barədə Azərbaycan İnvestisiya Holdinqi məlumat yayıb.

Bildirilib ki, ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard ABŞ dolları) təşkil edən Birgə İnvestisiya Fondu Azərbaycanda, eləcə də Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə iştirak edən digər ölkələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

“Fond AİH və SRF tərəfindən investisiya imkanlarının birgə nəzərdən keçirilməsi və perspektiv layihələrin maliyyələşdirilməsi üçün çərçivə yaradacaq. Yeni mexanizm tərəflər arasında investisiya əməkdaşlığının genişləndirilməsi və müxtəlif layihələrə uzunmüddətli kapitalın cəlb edilməsi üçün əlavə imkanlar yaradacaq. Birgə İnvestisiya Fondunun yaradılması AİH və SRF arasında 2025-ci ilin aprel ayında imzalanmış Çərçivə Sazişinə əsaslanır. Saziş çərçivəsində qurulmuş əməkdaşlığın davamı olaraq, tərəflər Fondun yaradılması istiqamətində işləri davam etdirib, potensial investisiya sahələri, Fondun strukturu və fəaliyyət prinsipləri üzrə müzakirələr aparıblar”, – deyə məlumatda vurğulanır.

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.