TEXNOLOGİYA XƏBƏRLƏRİ

Süni intellekt xərçəng xəstələrinin vəziyyətini təhlil edəcək

N Nəzrin Salmanova 1 dəq oxuma
üz fotosu təhlili
Foto: Marklife

ABŞ alimləri insanın üz cizgilərini təhlil edərək xərçəng xəstələrinin vəziyyətini və sağqalma ehtimalını qiymətləndirə bilən süni intellekt texnologiyası üzərində araşdırma aparıblar.

MarkLife.az xəbər verir ki, milyonlarla sağlam insana və xərçəng xəstələrinə aid 35 min fotoşəkil əsasında öyrədilən süni intellekt aləti insanın üz cizgilərini, xüsusilə göz ətrafındakı xüsusiyyətləri təhlil edərək xərçəng xəstələrinin vəziyyəti ilə bağlı proqnozlar verə bilir.

Tədqiqatçıların əsas məqsədi bu texnologiyadan həkimlərə xəstələrin vəziyyətini qiymətləndirmək və onların fərdi ehtiyaclarına uyğun müalicə üsullarını müəyyənləşdirməkdə köməkçi vasitə kimi istifadə etməkdir.

Araşdırmanın ilkin nəticələri “The Lancet Digital Health” elmi jurnalında dərc olunub.

Qeyd edək ki, texnologiya hələ klinik praktikada istifadəyə hazır deyil. Onun xəstəxanalarda tətbiqindən əvvəl proqnozların dəqiqliyini və etibarlılığını müəyyənləşdirmək üçün əlavə tədqiqatların aparılması tələb olunur. Bu yanaşmanın həkim müayinəsini və tibbi qiymətləndirməni əvəz etməsi nəzərdə tutulmur.

Mənbə: The Lancet Digital Health

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.