MARKETİNQ XƏBƏRLƏRİ

Saytlardakı reklamlar nə qədər bezdiricidir? “Google” bunu ölçəcək

N Nəzrin Salmanova 1 dəq oxuma
Google Ads
Foto: Marklife
“Google” internet reklamlarının yerləşdirildiyi səhifələrdə yaratdığı yükü qiymətləndirmək üçün yeni ölçmə göstəricilərini istifadəyə verib. 

Marklife.az xəbər verir ki, bu barədə Avstraliyanın reklam və marketinq nəşri “B&T” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Chrome” brauzeri ötən ay “Chrome User Experience Report” (CrUX) hesabatına reklamlarla bağlı dörd eksperimental göstərici əlavə edib. Bu göstəricilər veb-səhifələrdə reklamların sayını və sıxlığını, eləcə də onların emal gücünə və şəbəkə resurslarına yaratdığı yükü ölçür.

Qeyd edək ki, məlumatların açıq olması reklamverənlərə media büdcələrini yönəltdikləri saytları daha ətraflı qiymətləndirmək imkanı yaradır. Beləliklə, reklamların həddindən artıq çox olduğu, səhifəni ağırlaşdırdığı və istifadəçilərin diqqətini yayındıra biləcəyi platformaları müəyyənləşdirmək mümkün olacaq.

Mənbə: B&T

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.