MARKETİNQ XƏBƏRLƏRİ

Media nəhəngləri Vaşinqtonda: AI şirkətlərinə qarşı yeni mübarizə

Marklife Redaksiyası 1 dəq oxuma
Media nəhəngləri Vaşinqtonda: AI şirkətlərinə qarşı yeni mübarizə

“Hearst Magazines”, “USA Today Co” və “The Seattle Times” kimi media şirkətlərinin rəhbərləri Vaşinqtonda Konqresə çağırış edəcək.

Marklife.az “Digiday”ə istinadla xəbər verir ki, şirkət rəhbərləri məzmunlarını süni intellektin (AI) təlimi üçün icazəsiz şəkildə toplayan “botlara” qarşı daha sərt tədbirlər görülməsini tələb edəcəklər.

“News/Media Alliance” tərəfindən təşkil edilən səfərin əsas diqqət mərkəzi gizli botların qadağan edilməsi haqqında qanun layihəsidir. Layihə süni intellekt sistemləri üçün gizli şəkildə məlumat toplayan botların özlərini və məqsədlərini açıq şəkildə müəyyən etməsini tələb edəcək. Beləliklə, onlar öz trafiklərini gizlədə və nəşriyyatların məzmunlarının avtomatik toplanmasının qarşısını almaq üçün tətbiq etdiyi məhdudiyyətlərdən yan keçə bilməyəcəklər.

Qeyd edək ki, bu “News/Media Alliance”-ın bir neçə ildir həyata keçirdiyi illik təşəbbüsdür.

Xatırladaq ki, ötən il Vaşinqtona səfərin əsas gündəmi media məzmununun qorunması və AI şirkətləri tərəfindən istifadə olunan jurnalist materiallarına görə nəşriyyatların  kompensasiya almasının təmin edilməsi idi.

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.