İzləməyə dəyər “2 Başdı Söbət” adlı yeni spontan layihə başlayıb

Untitled design (1)

İki yaradıcı gənc — Ravid Rüstəmov və Musa Alşirazov — “2 Başdı Söbət” adlı yeni layihəyə start veriblər. Layihə plansız və səmimi dialoqlar üzərinə qurulub: konkret kontent strategiyası və maarifləndirmə hədəfi yoxdur. Məqsəd sadəcə hər gün etdikləri söhbətləri kamera qarşısında paylaşmaqdır.


Layihə haqqında:

  • Adı: 2 Başdı Söbət
  • Xarakter: Spontan, filtrlənməmiş və səmimi dialoqlar
  • Fokus: Faydalı olacağı vədi vermir, maarifləndirmə iddiası yoxdur
  • Məqsəd: Kameranın qarşısında gündəlik söhbətləri qeyd edərək özlərini və izləyiciləri böyütmək

Yaradıcı layihəni belə təqdim edir:

Bu dəfə planımız plansızlıqdır.Konkret kontent strategiyası yoxdur.Maarifləndirmək iddiamız yoxdur.“Faydalı olacağıq” vədi vermirik.Sadəcə iki adam oturub söhbət edəcək.Hər gün etdiyimiz söhbəti – bu dəfə kamera qarşısında. Amma kamera üçün yox.Nə qədər maraqlı olacaq? Bilmirik.Bəlkə heç olmayacaq.Amma bəlkə bu prosesdə özümüz nəsə öyrənəcəyik. Bəlkə birlikdə böyüyəcəyik.


Layihəyə aşağıdakı platformalar üzərindən baxmaq mümkündür: