“Netflix” bu işçiləri işdən azad edəcək
Netflix ümumi işçi qüvvəsinin təxminən 6%-ni ixtisar etməyi planlaşdırır.
Marklife.az “Marketinq Türkiyə”yə istinadən xəbər verir ki, ixtisarların əsasən məhsul, texnologiya, hüquq və insan resursları şöbələrini əhatə edəcəyi gözlənilir.
Şirkətin həmsədrləri Ted Sarandos və Greg Peters əməkdaşlara göndərdikləri məktubda resursların prioritet sahələrə yönəldilməsinin vacibliyini bildiriblər. Onlar şirkətin illik maliyyə hədəflərinə uyğun irəlilədiyini və böyüməni dəstəkləyən sahələrə investisiyaların davam etdiriləcəyini qeyd ediblər.
Xatırladaq ki, son illərdə “Netflix” reklam dəstəkli abunə paketini istifadəyə verib, canlı yayım məzmununu genişləndirib və oyun sektoruna investisiyalarını artırıb. Şirkət, həmçinin şifrə paylaşımına məhdudiyyətlər tətbiq edib.
Mənbə: Marketinq Türkiyə
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


