“McDonald’s” yeni aksesuarını təqdim etdi
“McDonald’s” Avstraliyada müştərilərinin gündəlik vərdişindən ilhamlanaraq “McCafé Tray Bag” adlı məhdud sayda çanta təqdim edib.
MarkLife.az "The Brand Report"a istinadla xəbər verir ki, “McDonald’s Australia” və “Wieden+Kennedy Sydney” reklam agentliyinin birgə layihəsi olan bu məhsul qəhvə üçün nəzərdə tutulan karton qabların şəxsi əşyaları daşımaq məqsədilə çanta kimi istifadə edilməsindən ilhamlanaraq hazırlanıb.
Karton qab formasını xatırladan aksesuar süni dəridən hazırlanıb. Onun dizaynına çıxarıla bilən çiyin qayışı və kiçik əşyalar üçün cib də daxildir.
Qeyd edək ki, məhdud sayda satışa təqdim olunan məhsul qısa müddət ərzində tükənib.
Mənbə: The Brand Report
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


