Köhnə “Barbie” kuklalarından texnoloji cihazlar hazırlanır
“Barbie” brendi və Böyük Britaniyanın dizayn studiyası “Gomi” köhnə oyuncaqlara yeni həyat vermək məqsədilə xüsusi kolleksiya təqdim edib.
MarkLife.az "Campagim Türkiyə"yə istinadla xəbər verir ki, layihə çərçivəsində köhnə “Barbie” və “Ken” kuklalarından əldə edilən plastik materiallardan bluetooth dinamiklər, portativ enerji yığma cihazları və simsiz şarj aksesuarları hazırlanır.
Kolleksiyanın əsas məqsədi plastik tullantıların azaldılmasına töhfə vermək və artıq istifadə olunmayan oyuncaqları yeni funksiyalara malik məhsullara çevirməkdir. Əl işi ilə hazırlanan məhsulların hər biri özünəməxsus rəng və naxış xüsusiyyətləri ilə seçilir.
Mənbə: Campagin Türkiyə
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


