MARKETİNQ XƏBƏRLƏRİ

ENERGAZER generator sektoruna DEUTZ ilə geri qayıdır

Marklife Redaksiyası 1 dəq oxuma
ENERGAZER generator sektoruna DEUTZ ilə geri qayıdır

ENERGAZER uzun illərdir enerji sektorunun müxtəlif istiqamətlərində fəaliyyət göstərərək çoxsaylı layihələrin və enerji həllərinin həyata keçirilməsində iştirak edib. Şirkətin fəaliyyət istiqamətlərindən biri də generator satışı və enerji təchizatı həlləri olub.

Bu gün, 5 illik fasilədən sonra, ENERGAZER DEUTZ mühərrikli generatorlarla generator sektoruna geri qayıdır.

Bu yeni mərhələnin ilk addımı olaraq, Mərakeşdə MAGIDEUTZ S.A S.A və ENERGAZER arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Tərəflər hazırda Azərbaycan bazarında DEUTZ mühərrikli generatorların satışı və təchizatı, eləcə də gələcək layihələr və uzunmüddətli inkişaf planları üzrə birgə fəaliyyət göstərirlər.

Bu əməkdaşlıq yalnız generator satışı ilə məhdudlaşmayacaq. MAGIDEUTZ ilə tərəfdaşlıq çərçivəsində ENERGAZER Azərbaycanda tam generator həlləri təqdim edəcək:

• DEUTZ mühərrikli generatorların satışı və təchizatı
• Quraşdırma və işə salınma
• Texniki servis və satış sonrası dəstək
• Ehtiyat hissələrinin təminatı
• Planlı texniki baxış və texniki xidmət
• Layihə tələblərinə uyğun generator seçimi və texniki həllərin hazırlanması

Məqsədimiz DEUTZ-un Alman mühəndisliyi və etibarlılığını, MAGIDEUTZ-un generator sektorundakı təcrübəsini və ENERGAZER-in Azərbaycan bazarındakı yerli texniki imkanlarını bir araya gətirərək müştərilərimizə etibarlı və uzunmüddətli enerji həlləri təqdim etməkdir.

www.energazer.az

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.