“Zara”nın hazırladığı uşaq kostyumu etirazlara səbəb oldu
Zara-nın Halloween üçün satışa çıxardığı uşaq kostyumu nasist toplama düşərgələrindəki məhbus geyimlərini xatırlatdığı üçün tənqidlərə səbəb olub.
Marklife.az xarici mətbuata istinadən xəbər verir ki, mavi-ağ zolaqlı pencək və şalvardan ibarət geyimin bəzi detalları sosial şəbəkələrdə müzakirə yaradıb. Kostyumun köhnə görünüşü, məftilli hasarı xatırladan elementləri və qolundakı nişanların nasist düşərgələrindəki məhbus geyimlərinə bənzədiyi bildirilib.
Məsələyə İsrailli jurnalist Dov Gil-Har da diqqət çəkib. O, sosial media hesabında brendi tənqid edib.
Yaranan reaksiyalardan sonra şirkət məhsulu həm mağazalardan, həm də onlayn satış platformalarından çıxarıb. Zara açıqlamasında dizaynın yanlış anlaşılmaya səbəb ola biləcəyindən təəssüf etdiyini bildirib.
Şirkət kostyumun sözügedən geyimlərlə oxşarlığının daxili yoxlama zamanı necə müəyyən edilmədiyinə dair sualı cavablandırmayıb.
Qeyd edək ki, Zara daha əvvəl də oxşar hallarla gündəmə gəlib.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


