MARKETİNQ XƏBƏRLƏRİ

Türk Dünyası Marketinq, Reklam və Media Birliyinin (TÜREK) ilk üzv toplantısı keçirilib

Marklife Redaksiyası 1 dəq oxuma
Türk Dünyası Marketinq, Reklam və Media Birliyinin (TÜREK) ilk üzv toplantısı keçirilib

İstanbulda Türk Dünyası Marketinq, Reklam və Media Birliyinin (TÜREK) ilk üzv toplantısı keçirilib.

Marklife.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Türk dövlətləri arasında marketinq, reklam və media sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin hazırlanması və sektorlararası əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində Türkiyənin marketinq, reklam və kommunikasiya sektorunun mövcud vəziyyəti, rəqəmsal transformasiya prosesləri, məsuliyyətli kommunikasiya yanaşmaları və Türk dövlətləri arasında birgə təşəbbüslərin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Görüşün sonunda TÜREK-in qarşıdakı dövr üzrə fəaliyyət istiqamətləri və prioritetləri müəyyənləşdirilib. “TÜREK Birgə Qiymətləndirmə və Yol Xəritəsi” sessiyasında üzvlərin təklifləri dinlənilib, gələcək əməkdaşlığın əsas istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.