TikTok Halloween üçün səyahət bələdçisi təqdim edib
TikTok Halloween mövsümü ilə əlaqədar film, kitab və qorxu mövzularından ilhamlanan səyahət məkanlarını təqdim edib.
Marklife.az xəbər verir ki, şirkətin məlumatına görə, TikTok istifadəçilərinin hər üçündən biri platformada gördüyü videodan sonra səyahət planı hazırlayıb. İstifadəçilərin təxminən üçdə ikisi isə son bir il ərzində səyahət və yerli fəaliyyətləri planlaşdırmaq üçün TikTok-dan istifadə edib.
Platforma #FilmTok və #BookTok icmalarında populyar olan məkanlarla yanaşı, ABŞ-də yerləşən “qorxulu” turizm məkanlarını da diqqətə çatdırıb.
TikTok-un təqdim etdiyi məkanlardan biri Ohayo ştatındakı Hocking Hills State Parkdır. Platforma həmçinin TikTok Go vasitəsilə tətbiqdən birbaşa otel rezervasiyası imkanını vurğulayıb.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


