Qlobal reklam xərcləri 1,46 trilyon dollara çatacaq
Qlobal reklam xərclərinin 2027-ci ildə 1,46 trilyon dollara, 2028-ci ildə isə 1,57 trilyon dollara çatacağı proqnozlaşdırılır.
Marklife.az xəbər verir ki, bu barədə “WARC Media Global Ad Spend Forecast”in hesabatında məlumat verilib.
Hesabata görə, artımın əsas səbəblərindən biri şirkətlərin süni intellektə yatırımlarını artırmasıdır:
“Sosial şəbəkələrdə reklam xərcləri 21,3 faiz artaraq 394,6 milyard dollara çatacaq. Axtarış sistemlərində reklam xərclərinin 14,2 faiz artaraq 295,7 milyard dollar, onlayn satış platformalarında isə 14,3 faiz artaraq 202,1 milyard dollar olacağı gözlənilir. Eyni zamanda, süni intellekt əsaslı axtarış sistemlərinin və rəqəmsal köməkçilərin geniş yayılması ilə reklamların yerləşdirildiyi məkanlar da artacaq”,- deyə məlumatda vurğulanır.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


