Azercell istifadəçilər üçün yeni “Oyun Portalı” təqdim edir
Azercell rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir. “Azercell” mobil tətbiqində istifadəyə verilən yeni “Oyun Portalı” müxtəlif oyun, turnir və viktorinaları bir platformada birləşdirir. Şirkət bu istiqamətdə fərqli maraqlara uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirməyi hədəfləyir.
Marklife.az Trend-ə istinadla xəbər verir ki, ilkin mərhələdə “Oyun Portalı” bölməsində 10-dan çox oyun, turnirlər və günlük abunəlik əsasında təqdim olunan viktorina yer alacaq. İstifadəçilər oyunlardan ödənişsiz yaralana, turnirlərdə iştirak edərək hədiyyələr qazana biləcəklər.
15 sualdan ibarət viktorinada istifadəçilər düzgün cavab verərək müxtəlif səviyyələri keçə və internet paketləri qazana biləcəklər. Hədiyyələr müəyyən sayda düzgün cavab toplandıqda təqdim olunacaq. Gündəlik abunə haqqı 0,50 AZN, əlavə hər oyun cəhdi isə 0,40 AZN-dir. İstifadəçilər gün ərzində 4 əlavə cəhd əldə edə bilərlər.
Azercell gələcəkdə “Oyun Portalı”na yeni oyunlar əlavə etməyi və istifadəçilərə daha çox əyləncə imkanları təqdim etməyi planlaşdırır.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


