MARKETİNQ XƏBƏRLƏRİ

Azərbaycanın iştirakı ilə “Made in Central Asia” brendi altında istehsala başlanılacaq

Marklife Redaksiyası 1 dəq oxuma
Azərbaycanın iştirakı ilə “Made in Central Asia” brendi altında istehsala başlanılacaq

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional ticarətin həcmini 20 milyard dollara çatdırmaq və “Made in Central Asia” brendi altında birgə məhsul istehsalını təşkil etmək niyyətindədir.

Marklife.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda deyib.

“Bizim gələcəyimiz Cənubi Qafqaz və Mərkəzi Asiya arasındakı münasibətlərdə ən aydın şəkildə görünür. Uzun illər ərzində bu regional arxitekturanın bir hissəsinə çevrilmişik. Bu əlaqələrin siyasi ölçüsü 2025-ci ilin noyabrında Daşkənddə Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri formatının tamhüquqlu iştirakçısı olduqdan sonra dərinləşib: “Azərbaycan regiondan kənarda bu formata qoşulan ilk ölkə olub”, – deyə nazir bildirib.

M.Cabbarov həmçinin, bir neçə gün əvvəl Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ticarət və investisiya nazirlərinin birinci görüşü keçirildiyini vurğulayıb.

“Məqsədimiz regional ticarətin həcmini 20 milyard dollara çatdırmaq və “Made in Central Asia” brendi altında birgə istehsal yaratmaqdır. İqtisadi və maliyyə sahələrində Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Onlar bir neçə orta miqyaslı bazarı vahid investisiya platformasında birləşdirir: “Bu fondların hər birində Azərbaycanın payı azı 50 % təşkil edir. Beləliklə, Azərbaycan və Mərkəzi Asiya ölkələri bir tərəfdən Türkiyə və Avropa, digər tərəfdən isə Asiya ilə bağlı olan vahid iqtisadi məkan formalaşdırır”.

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.