MARKETİNQ XƏBƏRLƏRİ

Azərbaycan investisiya və texnologiya əməkdaşlığını gücləndirə bilər

Marklife Redaksiyası 1 dəq oxuma
Azərbaycan investisiya və texnologiya əməkdaşlığını gücləndirə bilər

Azərbaycan regional platforma qismində investisiya və texnologiya əməkdaşlığını gücləndirə bilər.

Marklife.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən “Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, “yaşıl enerji” və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi” mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.

“Bağlantı məsələsi Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının əsas hərəkətverici qüvvəsidir. Bu, ikitərəfli ticarəti asanlaşdırır, təchizat zəncirinin davamlılığını möhkəmləndirir və Orta Dəhliz vasitəsilə Avropa və Asiya bazarlarına çıxışı genişləndirir. Biz bağlantıya malların, enerjinin, məlumatların və kapitalın hərəkəti kimi yanaşırıq. Bu axınları bir araya gətirmək nəqliyyat marşrutlarını bütün regionda istehsalı, xidmətləri və investisiyaları dəstəkləyən iqtisadi dəhlizlərə çevirə bilər. Azərbaycana yalnız 10 milyonluq əhalisi olan bir bazar kimi deyil, Xəzər regionunu, Mərkəzi Asiyanı və Cənubi Qafqazı əhatə edən investisiya və texnologiya əməkdaşlığı üçün regional platforma kimi baxılmalıdır. Məqsədimiz bu bağlantının yalnız tranzit deyil, həm də dəyər yaratmasını təmin etməkdir”,- deyə o vurğulayıb

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.