“AI Creative Challenge” İstanbulda
“AI Creative Challenge”ın növbəti mərhələsi noyabrın 14-də Türkiyənin İstanbul şəhərində yerləşən CoBAC Workspace-də baş tutacaq.
Marklife.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tədbir süni intellekt alətlərindən istifadə bacarıqlarını və yaradıcılıq imkanlarını zaman məhdudiyyəti çərçivəsində sınamaq istəyən peşəkarları bir araya gətirəcək.
“The One Club for Creativity” tərəfindən “Google”un sponsorluğu ilə həyata keçirilən layihənin İstanbul mərhələsinin təşkilatçısı “ADC*Türkiye”dir.
Qeyd edək ki, Yaradıcılıq bacarıqlarını AI alətlərindən istifadə etməklə sınamaq istəyən mütəxəssislər tədbirdə iştirak edə biləcəklər. Bunun üçün iştirakçılar tədbirdən əvvəl açılacaq müraciət formasını doldurmalıdırlar.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


