Məncə, növbəti addım reklamlar üçün keçərli olmalıdır – Rəsul Zahidov

maxresdefault (1)

Bir çox müğənnilərə, verilişlərə efir qadağası gəldi.

Bu qərar keyfiyyətli məzmun yaradılması üçün daha çox effort xərcləməyi özü ilə birlikdə gətirəcək. Sosial mediada bilərəkdən edilən hansısa bayağı hərəkətlə “partladıb”, verilişlərə qonaq olub, daha çox tanınıb, toy tutmaq üsulunun qarşısını alacaq, inanıram.

Bununla da həqiqətən keyfiyyətli iş görənlərlə, görə bilməyənlərin arasındakı boz sərhəd qalxacaq və bu iki tərəf arasındakı fərqlər kəskin bilinəcək.

Məncə, növbəti addım reklamlar üçün keçərli olmalıdır. Artıq reklamlarda da təzə tutuzdurmuş bayağı influnserlərin, ancaq ləhcə zarafatı edib, beldən aşağı yumordan başqa bir şey bilməyən dırnaqarası serial “məşhur”larının, düşük reklamlarını da görmək məcburiyyətində qalmasaq, yaxşı olar.

Xüsusilə Supermarketlər belə əndrabadi obrazlardan istifadə etməkdən əl çəkməlidir.