Sarkazm özünə zərər verir

seth

Sarkazm, rəyi vurğulamanın asan bir yoludur.

Amma onun iki gizli xərc var:

  1. Aşağı statusu ortaya çıxarır. Gücə sahib olan insanlar fikirlərini vurğulamaq üçün sarkazmdan istifadə etməyə ehtiyac duymazlar. Əgər məqsədiniz statusla liderlik etməkdirsə, sarkazmdan istifadə bu məqsədə zərər verir.
  2. Lazımsız yerdə emosiyanı artırır. Emosiya fikirin təsirini gücləndirir, amma çox vaxt bu bölünməyə və müdafiə mövqeyinə səbəb olur.

Əgər siz öz mövqeyinizə və fikrinizə əminsinizsə, sarkazm sadəcə əngəl yaradır, çünki həm statusu, həm də fikrinizi zəiflədir.

Seth Godin

Xəbəri bəyəndinizsə aşağıdaki müvafiq iconlar vasitəsilə dostunuz və ya sosial şəbəkə hesablarında bölüşə bilərsiniz.