Hugo Boss və Aston Martin Formula 1 təcrübəsini mağazalara daşıdı

Ekran-Resmi-2025-10-06-03.03.45-816x473-1.webp

Hugo Boss, pərakəndə dünyasında təcrübəni mərkəzə alan yeni və innovativ bir layihəyə imza atdı. Brend, Aston Martin Aramco Formula 1 komandası ilə əməkdaşlıq çərçivəsində hazırladığı sürükləyici Formula 1 təcrübəsini (immersive experience) ilk dəfə Londondakı Regent Street mağazasında təqdim edib.

Layihə EPAM Systems və Apple Vision Pro texnologiyası ilə həyata keçirilib. Bu təcrübə sayəsində ziyarətçilər sanki real yarış atmosferinə daxil olur, trek kənarında və ya kokpitdəymiş kimi hiss yaşayırlar.

Yeni konsept Formula 1 pərəstişkarlarını yalnız izləyici kimi deyil, hekayənin bir hissəsi kimi prosesə cəlb edir. İştirakçılar Vision Pro vasitəsilə 3D yarış səhnələrini izləyir, səs və hərəkət effekti sayəsində AMR25 yarış avtomobilinin kokpitində test sürüşü təəssüratı qazanırlar.

Layihə 2 oktyabr 2025-ci ildən etibarən Londonla yanaşı Paris, Düsseldorf, Barselona, Las Veqas, Dubay və Sinqapur kimi şəhərlərdəki seçilmiş BOSS mağazalarında da təqdim olunacaq.

Hugo Boss-un nümayəndələri bildirirlər ki, məqsəd moda, texnologiya və idmanı bir araya gətirərək brendin dinamik ruhunu və Aston Martin ilə tərəfdaşlığını daha güclü şəkildə nümayiş etdirməkdir.

Bu təşəbbüs həm müştəri təcrübəsini dərinləşdirməyi, həm də marka ilə emosional bağ yaratmağı hədəfləyir. Eyni zamanda, Hugo Boss-un sadəcə geyim brendi deyil, texnologiya və innovasiyanı mənimsəyən müasir lüks brend imicini də möhkəmləndirir.